Yeni xidmət yaradılır

Yeni xidmət yaradılır
18:22 22 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə mobil maliyyə xidmətlərinin (Mobile Finances Services - MFS) göstərilməsi üzrə qanun layihəsi hazırlayır. Bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.

MFS xidməti abonentlərə mobil qurğuları vasitəsilə bank hesablarına çıxış əldə etməyə, pul köçürmələrini təkmilləşdirməyə və müxtəlif xidmətləri (internet, kommunal xidmətlər, TV xidmətləri, mobil və stasionar telefon rabitəsi) ödəməyə imkan verəcək.

Mənbənin sözlərinə görə, qanun layihəsinin hazırlanmasına müavafiq tənzimləyici orqanlar və Azərbaycanın mobil rabitə operatorları cəlb ediliblər: “Hazırda mobil operatorlar artıq abonentlərinə həmin xidmətləri göstərmək üçün platformanın hazırlanmasına başlayıblar. Xidmətdən son istifadəçinin necə istifadə edəcəyi ilə bağlı təfərrüatlar hüquqi təmzimlənmə məsələləri həll edildikdən sonra məlum olacaq”.

O qeyd edib ki, operatorların MFS xidmətinə elektron ödənişlərin həyata keçirilməsi üçün lisenziyası olan şirkətlərlə əməkdaşlıq çərçivəsində başlaması da istisna edilmir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/326023.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR