Bakıda çörək də bahalaşdı

Bakıda çörək də bahalaşdı
18:27 22 Fevral 2015
539 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda çörəyin də qiyməti bahalaşıb. Bəzi ərzaq dükanları baton çörəyi 50 qəpikdən satır. Əvvəl 30 qəpiyə olan bu çörəyin qiymətində indi 20 qəpik artım var.

Bu barədə axar.az-a verilən xəbərdə deyilir ki, mağazaların əksəriyyətində baton çörəyi yeni tariflə satılır. Bu da birdən-birə çörəyin 80 faiz bahalaşması deməkdir.

 Xatırladaq ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirlərini daha da gücləndirilib və nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/326024.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR