Bakıda dollar ucuzlaşdı

Bakıda dollar ucuzlaşdı
18:42 22 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Bu gün paytaxtın bəzi valyutadəyişmə məntəqələrində dolların manata nisbətdə məzənnəsi aşağı düşüb.

AzNews.az-ın əməkdaşının apardığı müşahidələr zamanı məlum olub ki, xüsusilə 20 Yanvar ərazisindəki valyutadəyişmə məntəqələrində dolların manata nisbətdə kursu dünənkindən fərqli olaraq bir qədər aşağı düşüb.

İndi 1 ABŞ dollarının alışı 96 qəpik, satışı isə 1 manat 2 qəpik olub.
Valyuta dəyişmə məntəqələrinin əməkdaşları deyiblər ki, hazırda məntəqələrdə ABŞ dollarının həcminin böyük olmasına baxmayaraq alış, demək olar ki, həyata keçirilmir.

Qeyd edək ki, dünən Azərbaycanın Mərkəzi Bankı 1 ABŞ dollarının məzənnəsini 1.05 manat, 1 avronun məzənnəsini isə 1.19 manat kimi dəyərləndirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/326027.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR