“Kredo Bank” ASC depozit dərəcələri ilə bağlı kampaniya keçirir

“Kredo Bank” ASC depozit dərəcələri ilə bağlı kampaniya keçirir
18:58 22 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 fevral, AzərTAc
“Kredo Bank” ASC yaranmasının 21 illiyi ilə əlaqədar depozit dərəcələri ilə bağlı kampaniya keçirir.
Bankdan AzərTAc-a bildiriblər ki, kampaniyaya əsasən, manat və dollarda 1 il və daha artıq müddətə yerləşdirilən depozitlərdə faiz dərəcəsi illik 12 faiz, avroda isə 10 faiz təşkil edir. Bu əmanətlər üzrə faizlər aylıq çıxarıla bilər.
Eyni zamanda, 18 ay və daha artıq müddətə manat və dollar depozitlərində faiz dərəcəsi 13 faiz, avroda 11 faiz, 2 il və daha artıq müddətdə isə müvafiq olaraq 14 faiz və 12 faizdir. Bu əmanətlər üzrə faizlərin çıxarılması müddətin sonunda mümkündür.
Aksiya aprelin 1-dək davam edəcək.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kredo_Bank_ASC_depozit_dereceleri_ile_bagli_kampaniya_kechirir-834075

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR