Sosial şəbəkədən çıxan dəlilik

Sosial şəbəkədən çıxan dəlilik
20:27 2 Yanvar 2015
124 Digər
Ölkə mətbuatı
A- A+

Ayrıla bilmədiyiniz sosial şəbəkələr sizi paranoikə çevirə bilər

Facebook-un istifadəçilərinə ən böyük ləzzət verən başqalarının "qiymətləndirməsi" və öz ünvanlarına eşitdikləri təriflərdir. Bununla əlaqədar sosial media istifadəçilərinin 2/3 hissəsi başqalarına maraqlı olsun deyə reallığı bir qədər "bəzəməyə" üstün verirlər.

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu meyllər psixoloqları insanlara xəbərdarlıq etməyə məcbur edib. Çünki nəticədə insanlar "rəqəmli amneziya"nın qurbanı olurlar: real hadisələri və xatirələri uydurmalarla əvəzləyirlər.

Facebook və Twitter-dəki belə xırda yalanlar üst-üstə yığılaraq sanki lentə "təzədən yazılır". Xüsusi tədqiqatın iştirakçılarının yarıdan çoxu boynuna alıb ki, onlayn təsvir etdikləri hadisələri yaşamadıqlarına görə paranoya, kədər və utanc hissləri keçiriblər.

Özünü sosial şəbəkədə olduğundan daha yaxşı göstərmək vərdişi fərdi identikliyin qaba şəkildə pozulmasının nəticəsidir. Həyatı "bəzəməklə" bağlı yalan tədricən günah, özündən təcrid hissi yaradır, psixoloji problemlərə, o cümlədən paranoyaya yol açır.

Həyatını "sənədləşdirmək", bölüşmək hissi insan təbiətinə xasdır, lakin sosial mediada bunun fərqli təzahürünün, göründüyü kimi, mənfi tərəfləri də ola bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/316911.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR