Gənc əsgərlər Vətənə sədaqət andı içib

Gənc əsgərlər Vətənə sədaqət andı içib
19:23 22 Fevral 2015
951 Ölkə
Ölkə mətbuatı
A- A+


Cəlilabad, 22 fevral, Bağır Əliyev, AzərTAc 
Fevralın 22-də Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə sərhəd dəstəsinin qarnizonunda gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin hərbi andı qəbul etmiş gənc əsgərlərə ünvanlanmış təbrikini çatdıran DSX rəisinin şəxsi heyət üzrə müavini, general-mayor Azad Ələkbərov gənc əsgərləri nizam-intizamlı olmağa, Vətənin keşiyində ayıq-sayıq dayanmağa çağırıb.
O, Azərbaycan sərhədçilərinin ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sadiq olmaları ilə fəxr etmələrini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında şərəflə xidmət etməkdən qürurlu olmalarını diqqətə çatdırıb.
Mərasimdə çıxış edən gənc əsgərlərin valideynləri övladlarını təbrik edərək onlara tövsiyələrini çatdırıblar.
Tədbir gənc əsgərlərin tribuna önündən təntənəli marşla keçidi ilə başa çatıb.
 




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Genc_esgerler_Vetene_sedaqet_andi_ichib-834077

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR