Azərbaycan elektrik enerjisinin ixracını iki dəfə artırıb

Azərbaycan elektrik enerjisinin ixracını iki dəfə artırıb
19:26 22 Fevral 2015
45 Ölkə
Ölkə mətbuatı
A- A+

2015-cü ilin yanvarında Azərbaycan gömrük bəyannamələri üzrə 17,52 milyon kilovat-saat elektrik enerjisi ixrac edib. Bu göstərici ötən ilin eyni dövründə 9,6 milyon kilovat-saat olub.
ANS PRESS-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında deyilir.

Hesabata görə, bu ilin yanvarında Azərbaycan ötən ilin müvafiq dövründəki 557,78 min dollara nisbətdə ümumi məbləği 943,96 min dollar olan elektrik enerjisi ixrac edib.

Azərbaycan 2014-cü ildə gömrük bəyannamələri üzrə 588,32 milyon kilovat-saat elektrik enerjisi, 2013-cü ildə isə 595,67 milyon kilovat-saatdan çox elektrik enerjisi ixrac edib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=327575

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR