Davudoğlu türk ordusunun tarixi əməliyyatından danışdı (VİDEO)

Davudoğlu türk ordusunun tarixi əməliyyatından danışdı (VİDEO)
19:36 22 Fevral 2015
364 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə ordusu bu gecə tarixi əməliyyatını həyata keçirib. Suriyada gedən döyüşlərdə bu ərazidə olan şah Süleyman məqbərəsini itirmək istəməyən rəsmi Ankara qoşunlarını Suriya sərhədinə yeridib.

ANS TV-nin məlumatına görə, Türkiyə ordusu bu gecə Suriyaya daxil olub. Suriyaya daxil olan Türkiyə ordusunun məqsədi 8 aydır İŞİD tərəfindən mühasirə saxlanılan Osmanlı şahı Süleyman Şahın türbəsini azad etmək olub. Türbənin azad edilməsinə hazırlanan “Şah Fırat” adlı əməliyyata 39 tank, 100 hərbi maşın və 572 əsgər cəlb edilib.

Əməliyyat üçün Türkiyə Hərbi Hava Qüvvələri hazır vəziyyətə gətirilsə də, hava hücumuna ehtiyac qalmayıb. Türkiyə ordusu gecə saatlarında türbənin yerləşdiyi əraziyə çatıb.

Türkiyə ordusu İŞİD-in sərt müqavimətiti ilə qarşılaşıb. Uzun sürən atışmadan sonra ordu həm mühasirədə saxlanılan türbəni qoruyan türk əsgərlərini, həm də Süleyman Şahın nəşini ordan çıxara bilib. Əməliyyatın gedişatına Silahlı Qüvvələrin Baş Qərargah rəisilə birlikdə Baş nazir Əhməd Davudoğlu da rəhbərlik edib.

“Saat 9-da eyni anda iki əməliyyat həyata keçirilib. Birinci əməliyyat Mürşitpınardan Suriya ərazisinə daxil olaraq Süleyman Şah türbəsinə daxil olub. Eyni zamanda digər bölmələrimiz isə Eşmə adlanan bölgəyə daxil olaraq yeni türbə üçün yeri nəzarət altına alıb”- deyə Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

Nazir vurğulayıb ki, Süleyman Şahın nəşi elə Suriya ərazisində daha təhlükəsiz bir məkana aparılıb və ora Türkiyə bayrağı sancılıb.

Mənbə
Xəbərçi Aytən Abdulova



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=327595

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR