Qazaxda mağazalar bağlanıb - FOTO

Qazaxda mağazalar bağlanıb - FOTO
19:47 22 Fevral 2015
89 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, artıq iki gündür, birdən-birə dolların məzənnəsi qalxdığından Qazaxda sahibkarlar mədaxil-məxarici hesablaya bilmədiyinə görə, əhalinin ərzaq təminatını ödəyən böyük mağazaların fəaliyyətini dayandırıblar. Yanlız xırda obyektlər işləyir. İnsanlar təşvişə düşüb.

Sakinlərin verdiyi məlumata görə, fəaliyyətlərini davam etdirən mağazalarda siqaret və qiymətində artım hiss olunan satış məhsulları vitrinlərdən götürülüb: “Siqaret və bəzi ərzaq məhsullarını yığışdırıblar. Soruşanda yox deyirlər. Nə yaxşı ki, beş-üç nəfər insaflı adam qalıb. Köhnədən aldığı malı üzərinə pul qoymur, əvvəlki qiymətə satır”.

Aldığımız məlumata görə, dolların məzənnəsi yaxın günlərdə aşağı enməsə, bağlanan mağazaların yenidən fəaliyyətə başlayacağı gözlənmir.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/326034.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR