Azərbaycan triatlonçusu Dünya seriyası yarışlarının ilk mərhələsində mübarizə aparacaq

19:53 22 Fevral 2015
55 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 22 fevral, AzərTAc
Martın 6-7-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə triatlon üzrə Dünya seriyası yarışlarının ilk mərhələsi təşkil olunacaq.
AzərTAc xəbər verir ki, yarışda ölkəmizi Azərbaycan milli komandasının üzvü Rostislav Pevçov təmsil edəcək.
Qeyd edək ki, BƏƏ ilk dəfədir triatlon üzrə bu tipli beynəlxalq turnirə ev sahibliyi edəcək. Doqquz mərhələdən ibarət Dünya seriyası yarışlarının finalı ABŞ-ın Çikaqo şəhərində keçiriləcək.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_triatlonchusu_Dunya_seriyasi_yarislarinin_ilk_merhelesinde_mubarize_aparacaq-834079

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR