“Azərişıq” söz verdi (VİDEO)

“Azərişıq” söz verdi  (VİDEO)
19:56 22 Fevral 2015
149 Ölkə
Ölkə mətbuatı
A- A+

Hazırda Bakının bəzi rayonlarında elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaranıb.

ANS TV-nin məlumatına görə, bununla bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, elektrik enerjisinin verilməsi ilə bağlı yaranan problem artıq yavaş-yavaş aradan qaldırılır: "Demək olar ki, hazırda bütün ərazilərdə elektrik enerjisinin verilməsi bərpa olunub. Sadəcə olaraq “Azərenerji” ASC-yə məxsus 110 kilovoltluq Əhmədli yarımstansiyasında dayağın aşması nəticəsində Əhmədli, Günəşli, Qaraçuxur ərazilərində elektrik enerjisinin təchizatında müəyyən fasilələr yaranıb. Burada da problemin axşam saatlarında radan qaldırılması gözlənilir".

"Rayonlarda da elektrik enerjisi təchizatında baş verən problem güclü küləklə bağlıdır. Həmin yerlərdə də əməkdaşlarımız problemi həll etməyə çalışırlar. Axşam saatlarına qədər bütün problemlər aradan qaldırılacaq”, – deyə Tanrıverdi Mustafayev əlavə edib.

Mənbə
ANS-TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=327597

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR