Salyan rayonu ərazisində baş verən dəhşətli yol qəzasında 5 nəfər ölüb

19:57 22 Fevral 2015
161 Digər
Ölkə mətbuatı
A- A+

[ 22 Fevral 2015 19:51 ]

Salyan. Əlibəy Zeynallı - APA. Ələt-Astara yolunda dəhşətli yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, fevralın 22-si saat 18.30 radələrində Ələt-Astara yolunun 83-cü kilometrliyində - Salyan rayonunun Şorsulu kəndi ərazisində “VAZ 2106” markalı avtomobillə TİR yük avtomobili toqquşub.

 

Hadisə nəticəsində “VAZ 2106”-da olan 5 nəfər - sürücü və sərnişinlər yerində ölüb.

 

Ölənlərin adı və digər təfərrüatlar dəqiqləşdirilir.

 

Hadisə yerində BDYPİ-nin müstəntiqləri araşdırma aparır.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373682

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR