Azərbaycan Abu-Dabidə beynəlxalq müdafiə sərgisində təmsil olunur

20:03 22 Fevral 2015
56 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 22 fevral, AzərTAc
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə “IDEX-2015” adlı beynəlxalq müdafiə sərgisi işə başlayıb.
AzərTAc-a xəbər verir ki, Azərbaycanı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Dünyanın müxtəlif ölkələrindən 1500-dək şirkətin qatıldığı sərgidə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) də stendi maraqla qarşılanıb. Stenddə Azərbaycan müəssisələrində istehsal olunmuş 180-dən artıq məhsul, o cümlədən atıcı silahlar, artilleriya sistemləri, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və s. yer alıb.
İDEX sərgisi ilə bir yerdə “NAVDEX-2015” dəniz texnologiyaları, və “UMEX-2015” pilotsuz texnologiyalar sərgisi də keçirilir.
Sərginin açılış mərasiminə BƏƏ ilə yanaşı regiondan və dünyanın müxtəlif ölkələrindən silahlı qüvvələr rəsmiləri, müdafiə nazirləri qatılıblar.
Ziyarətçi qismində sərgidə Azərbaycandan “İDEX-2015” sərgisində müdafiə naziri, general-polkovnik Zakir Həsənov, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin başçılığı altında nümayəndə heyətləri də iştirak edir.
Sərginin rəsmi açılışından sonra Azərbaycandan olan nümayəndə heyətləri MSN stendinə baş çəkib. Burada Azərbaycanda istehsal edilən məhsullar barədə məlumat alıblar.
Sərgi çərçivəsində Azərbaycan MSN stendində Azərbaycan və BƏƏ Sərhəd Mühafizəsi rəhbərlərinin görüşü baş tutub.
Fevralın 26-dək davam edəcək sərgi çərçivəsində Y. Camalovun Birləşmiş Ərəb Əmirliklərinin dövlət və hökumət nümayəndələri və sərgiyə qatılan ölkələrin rəsmi nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Abu_Dabide_beynelxalq_mudafie_sergisinde_temsil_olunur-834080

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR