Müsəlman ixtiraçılar dünyaya nə veriblər? - FOTO

Müsəlman ixtiraçılar dünyaya nə veriblər? - FOTO
20:17 22 Fevral 2015
550 Maraqlı
Ölkə mətbuatı
A- A+

Orta Əsrlərdə Avropa ədəbiyyat və elmi tapıntılara marağı olanları yandırdığı halda islam hər zaman elmi və ziyalılığı dəstəkləyib.
Milli.Az faktxeber.az-a istinadən bildirir ki, islam alimlərinin Avropa Oyanışına böyük dəstəyi olub. Bu barədə avropanın intellektual sinfinin ən tanınmış xadimləri dəfələrlə danışıblar. FaktXəbər-in verdiyi məlumata görə, bu gün ətrafımızda olan bir sıra əşyalar məhz müsəlman alimləri tərəfindən kəşf edilib.
 
1. Qəhvə 
 
Əfsanəyə görə, ərəb Xalid Efiopiyanın cənub regionu olan Kaffada öz qoyunlarını otarırdı. Bir müddətdən sonra müşahidə edir ki, heyvanlar bir növ bitki ilə qidalandıqda daha da enerjili olurlar. Onları toplayan Xalid ilk qəhvəni dəmləyir.
 
Bu bitkinin ilk ixracı Efiopiyadan Yəmənə olub. Artıq 15-ci əsrdə o, Məkkə və Türkiyəyə, 1645-ci ildə isə Venesiyaya gətirilir. 1650-ci ildə türk əsilli Paskua Rosi qəhvəni İngiltərəyə gətirir və Londonun Lombard küçəsində ilk qəhvəxanasını açır.
 
2. Kamera
 
Qədim yunanlar hesab edirdilər ki, göz işıq buraxır, bunun sayəsində ətrafdakıları görür. 10-cu əsrdə yaşamış müsəlman riyaziyyatçı, astronom və fizik İbn əl-Həytam isə müəyyən edir ki, əslində işıq gözə düşür. İşıq şüasının yarıqdan düşməsini müşahidə edən alim ilk kameranı ixtira edir ("qamara", ərəb dilindən tərcümədə "qaranlıq", "yaxud ayrıca otaq" mənasını verir). Həmçinin hesab olunur ki, əl-Həytam fizikanı fəlsəfə elmindən təcrübə elminə keçirən ilk alim olub.
 
3. Şahmat
 
Şahmatı qədim hindlilər oynayırdılar. Lakin o oyun müasir variantdan çox fərqlənib. Bugünkü şahmat oyunu İranda yaranıb və oradan da Avropaya yayılıb.
 
4. Paraşüt
 
Rayt qardaşlarından min il əvvəl yaşamış müsəlman şair, astronom və mühəndis Abbas ibn Firnas uçan aparat düzəltmək istəyib. O, 852-ci ildə ağac dayaqlarla özünə bərkitdiyi plaşla məscidin minarəsindən tullanıb. O, quş kimi uçacağına ümid edirdi, anca bu alınmadı. Plaşı yerə dəyməsini zəiflətdi və onu haradasa ilk paraşüt adlandırmaq olar. Alim cüzi qorxu və yüngülvari travma ilə bu təcrübədən çıxmışdı. 70 yaşında öz aparatını daha da müasirləşdirdi və dağdan tullanmaqla öz cəhdini təkrarladı. O, 10 dəqiqə havada qalsa da, yerə enərkən çırpılır: məsələ burasındadır ki, alim aparata quyruq düzəltməmişdi.
 
5. Sabun və şampun
 
Təmizlik və çimmək – islamın əsas şərtlərindən biridir. Bəlkə də bu səbəbdən alimlər sabun reseptini daha da yaxşılaşdırmaq üçün çalışırdılar. Məlumdur ki, sabunaoxşar bir əşya əvvəllər Qədim Misirdə və romalılarda olub. Lakin məhz ərəblər bitki yağını hidroksid natriumla və aromatik birləşmələrlə qarışdırmağı tapıblar. Şampun isə 1759-cu ildə İngiltərədə bir müsəlman tərəfindən hamam açılandan sonra gətirilir.
 
6. Müasir kimya
 
Cabir ibn Həyyan əlkimyanı kimyaya çevirən şəxsdir. 9-cu əsrdə o, bu gün müasir kimyada istifadə olunan prosesləri ixtira edib: distillə, kristallaşdırma, əritmə, rafinə, turşutma, buxarlandırma və filtrasiya.
 
7. Dirsəkli val
 
Mexanikanın ən vacib tapıntılarından sayılan dirsəkli val müsəlman mühəndis əl-Cəzari tərəfinən ixtiar olunub. Bu gün müasir maşınlarda istifadə olunan bu əşya ilk əvvəl irriqasiyada tətbiq olunub.
 
O, həmçinin ventil və klapanları ixtira edib, ilk mexaniki saat hazırlayıb.
 
Kodlu qıfıl da onun kəşfidir.
 
8. Ox formalı tağ (arka)
 
Avropa qotik kilsələrinin xarakterik simasıdır. Ancaq maraqlıdır ki, bu ideya müsəlmanlardan götürülüb. Bu, romalılar və normanlar tərəfinlən istifadə olunan yarımdairə tağdan daha möhkəm olduğu üçün daha hündür və mürəkkəb tikililər üçün əlverişli idi.
5-ci Henrixin qəsrinin memarı müsəlman olub.
 
9. Cərrah alətləri 
 
Bir sıra müasir cərrah alətləri, o cümlədən nazik qayçı, kəlbətin, neştərlər, tibb mişarı bu gün də müsəlman əl Zəhravinin kəşf elədiyi kimi qalıb. Məhz o, daxili tikiş zamanı orqanizm tərəfindən sorulan, həmçinin tibbi kapsulalar hazırlanarkən istifadə olunan ketqutu ixtira edib.
13-cü əsrdə, Uilyam Qarveydən 300 il öncə müsəlman həkim İbn Nafis qan dövranı prosesi barədə yazmışdı.
Müsəlman həkimlər həmçinin anestetiklər və kataraktanın çıxarılması üçün iynəni kəşf edib.
 
10. Külək dəyirmanı
 
Ərəblər 634-cü ildə qarğıdalını üyütmək və su ilə təchiz etmək üçün külək dəyirmanından istifadə edirmişlər. Avropa bu qurğudan ancaq 500 ildən sonra istifadə edib.
 
11. Peyvənd
 
İlk peyvənd təklifi Cenner və Paster tərəfindən deyil, müsəlmanlar tərəfindən irəli sürülüb. Avropaya bu texnika 1724-cü ildə Türkiyədən gəlib. O zaman ingilis səfirinin arvadı bu prosesə diqqətini yönəltmişdi. Avropalılardan yarım əsr əvvəl Türkiyədə uşaqlara çiçək xəstəliyindən peyvənd vurulurdu.
 
12. Avtoqələm
 
İlk avtoqələm 953-cü ildə Sultan üçün ixtira edilib. Sultan onun paltarını və əlini bulamayan qələm tələb etmişdi. O zaman mürəkkəbin qələmin ucluğuna axması sistemi indiki kimi olub.
 
13. Ədədlər sistemi
 
Ehtimal ki, bütün dünyada istifadə olunan ədədlər sistemi Hindistandan gəlib. Ancaq rəqəmlərin forması ərəblərdən gəlib. Onlar ilk dəfə 825-ci ildə müsəlman riyaziyyatçı Əl-Xvarizmi və Əl-Kindinin işlərində istifadə olunub. "Cəbr" sözü isə Əl-Xvarizmin "Əl Cəbr əl Müqabilah" kitabının adından götürülüb. Qeyd edək ki, müsəlman riyaziyyatçıların işləri, o cümlədən alqoritmlər və triqonometriyanın bəzi nəzəriyyələri bu gün də istifadə olunur. Avropa bu barədə ancaq 300 ildən sonra öyrəndi.
Müasir kriptoqrafiyanın inkişafi Əl-Kindinin ixtiralarının analizləri sayəsində mümkün olub.
 
14. Üç növ yeməkdən ibarət nahar
 
Üç yeməkdən ibarət nahar konsepsiyasını – şorba, ondan sonra yeyilən ət, yaxud balıq, sonda isə meyvə və fındıqların istifadəsini İraqdan Kordovaya Əli ibn Nafi 9-cu əsrdə gətirib.
Büllur stəkandan (yeri gəlmişkən Abbas ibn Firnas tərəyindən ixtira olunub) istifadəni də o gətirib.
 
15. Xalçalar
 
Xalılar orta əsr müsəlmanının ayrılmaz məişət əşyası imiş. Toxuculuq çox geniş inkişaf etdiyindən, günü-gündən yeni boyalar yaranırdı.
 
16. Çek
 
Müsəlmanlar olmasaydılar, yəqin ki, bu gün çeklər yaranmazdı. Çek sözünün özü ərəb dilində olan "saqq" çözündən yaranıb və mal çatdırıldığı yerdə dəyərinin ödənməsi barədə yazılı məsuliyyətdir. Çekin yaranmasına uzaq məsafələrə pul aparmaq təhlükəsi səbəb olub. Artıq 9-cu əsrdə müsəlman biznesmenlər Bağdad banklarının verdiyi çeki Çində nağd pula çevirə bilirdilər.
 
17. Yer – kürə formasındadır
 
9-cu əsrdə artıq bir çox müsəlmanlar Yerin kürə formasında olduğunu deyirdilər. Astronom İbn Hazmın sözlərinə görə, bunun sübutu Günəşin müəyyən vaxtda Yerin eyni nöqtəsində olmasıdır. Bu Qalileyin kəşfindən 500 il əvvəl olub.
Müsəlman alimlər hesablamanı o qədər dəqiq aparmışdılar ki, ekvatorun uzunluğunu müəyyən edərkən cəmi 200 km səhv ediblər.
 
18. Torpeda və raketlər
 
Çinlilər selitra barıtını atəşfəşanlıqda istifadə etsələr də, məhz müsəlmanlar ondan hərbi məqsədlər üçün istifadə etməyə başlayıblar. Müsəlmanlar məhz silahın köməyi ilə səlibçiləri qorxuya sala biliblər. Artıq 15-ci əsrdə onlar "özü hərəkət edən və yanan yumurta" adlandırdıqları raketi və torpedanı ixtira ediblər.
 
19. Bağlar
 
Orta əsr Avropasında bağlar var idi, ancaq məhz ərəblər ondan istirahət yeri kimi istifadə etməyə başlayıblar. 11 əsrdə müsəlman İspaniyasında bu cür şah bağları yaranır. Qərənfil və lalələrin vətəni də müsəlman ölkələridir.
 
Milli.Az
























Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/325668.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR