Shelby Cobra rodsterin yubiley versiyası - FOTO

Shelby Cobra rodsterin yubiley versiyası - FOTO
20:47 2 Yanvar 2015
275 Maraqlı
Ölkə mətbuatı
A- A+

2015-ci ildə Shelby Cobra yarım əsrlik yubileyini qeyd edir. Bu əlamətdar hadisə ilə bağlı Shelby American firması cəmi 50 nüsxədən ibarət Shelby Cobra 50th Anniversary 427 yubiley seriyasını buraxacaq.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, sportkarın yubiley modifikasiyası üçün sifarişlər yanvarın 13-dən qəbul edilməyə başlanacaq.

Maşın iki cür kuzovla – şüşə plastik və alüminium – buraxılacaq. Birinci halda qiymət 119 995 dollar, ikincidə isə 179 995 dollar olacaq. Məsələ burasındadır ki, öz aldıqları maşın üçün mühərriki də müştərilər özləri əldə etməlidirlər. Bu isə qiyməti daha 50 min dollar civarında artıracaq. Yeri gəlmişkən, Amerikada bazarda Shelby Cobra üçün 400-700 a.g. güc qurğusu tapmaq problem deyil.

Adi Shelby Cobra-dan yubiley versiyası yubileyi göstərən lövhəciklərin, yarış əyləc mexanizmlərinin, tutumu artırılmış yanacaq çəni və 15 düymlük orijinal təkər disklərinin olması ilə fərqlənir. Şüşə plastic materialdan kuzov ağ zolaqlı mavi rənglə boyanacaq, alüminium kuzov isə ümumiyyətlə rənglənməyəcək.

Böyütmək üçün şəkillərə klikləyin.


Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR