Honda HR-V gücləndi - FOTO

Honda HR-V gücləndi - FOTO
21:12 22 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Honda konserni ictimai debütü Cenevrə avtosalonunda nəzərdə tutulan 2015-ci model ilinin HR-V yığcam yolsuzluq avtomobili Avropa versiyası haqqında ətraflı məlumat açıqlayıb. Böyük Britaniyada yığılan avtomobil Avropa bazarına yayda çıxarılacaq.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, yeni avtomobil dizaynı və stili artıq sirr deyil, belə ki, avtomobil artıq Los-Anceles və Monreal avtosalonlarında nümayiş etdirilib. Avropa versiyasının eksteryerində köklü dəyişikliklər baş verməyib. Avropa bazarında yeni model Nissan Juke, Opel Mokka və Renault Captur ilə rəqabət aparacaq.
 
Honda HR-V yeni kompakt yolsuzluq avtomobilində yanacaq çəni orijinal şəkildə qabaq kürsülərin altında yerləşdirilib. Salonda yüksək keyfiyyətli yumşaq materiallardan və xromlanmış tərtibat elementlərindən istifadə edilib. Bütün bunlar avtomobilə premial görünüş verir.
 
Bundan başqa, Honda HR-V 2015 yolsuzluq avtomobili çoxsaylı təhlükəsizlik sistemləri və sürücüyə kömək funksiyaları ilə təmin edilib. Texniki nöqteyi-nəzərdən avtomobil iki güc aqreqatından istifadə edir: 1.5 i-VTEC (130 a.g.) və 1.6 i-DTEC (120 a.g.).
 
Milli.Az












Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/325683.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR