Yüz mindən artıq işçinin əmək müqaviləsi elektron-informasiya sisteminə daxil edilib

Yüz mindən artıq işçinin əmək müqaviləsi elektron-informasiya sisteminə daxil edilib
21:28 22 Fevral 2015
69 Ölkə
Ölkə mətbuatı
A- A+


Gəncə, 22 fevral, Sabir Əliyev, AzərTAc
Respublikamızın qərb bölgəsində çalışan 100 mindən artıq işçinin əmək müqaviləsi elektron-informasiya sisteminə daxil edilib.
Bu barədə AzərTAc-a məlumat verən 21 saylı region üzrə dövlət əmək müfəttişliyinin rəisi Xaqani Səfərov deyib ki, işçilərin əmək müqaviləsinin elektron-informasiya sisteminə daxil edilməsi onların gələcəkdə pensiya təminatında mühüm rol oynayacağı nəzərə alınaraq reallaşdırılır. Bu məqsədlə müfəttişliyin əməkdaşları hər gün yoxlamalar aparır, qanunun icrası ilə bağlı tədbirlər görürlər. Təkcə 2014-cü ildə yoxlamalar zamanı müəssisə və təşkilatlarda 60-a yaxın qanun pozuntusu aşkarlanıb ki, onun da təcili aradan qaldırılması təmin edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yuz_minden_artiq_ischinin_emek_muqavilesi_elektron_informasiya_sistemine_daxil_edilib-834086

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR