"Sederek" baglanmaq tehlukesi ile uz-uze - Iddia

"Sederek" baglanmaq tehlukesi ile uz-uze - Iddia
21:32 22 Fevral 2015
657 Sosial
Ölkə mətbuatı
A- A+

"Sederek" Ticaret Merkezinde calisan sahibkarlarin coxu dollarin qiymetinin qalxmagi ile elaqedar olaraq, ticareti dayandirmaq mecburiyyetinde qalib.

Milli.Az xeber verir ki, saticilardan Taleh Hesretbeyli bununla bagli salamnews-a bildirib ki, bu gun seher saatlarinda dollarin mezennesi qalxdigi ucun mehsullarin qiymeti de qalxib: "Buna gore de satisi dollarla heyata kecirmeye basladiq ve butun mehsullarin qiymetini 35% artirdiq. Amma cox cekmeden bu qiymet artiminin cixis yolu olmadigini gorub, satisi dayandirmaq qerarina geldik".

Sahibkarin sozlerine gore, hazirda "Sederek" Ticaret Merkezinde satis obyektlerinin coxu baglanib: "Musteriler qiymetlerin bahalasdigini gorerek, bazari terk edirler. Topdansatis heyata keciren sahibkarlar ticareti tamamile dayandirmali olublar.

Bezi sahibkarlar ise bazar ertesinedek, yeni Merkezi Bankin valyuta mezennesinin deyiseceyi ile bagli her hansi bir qerar vereceyi ehtimali ile gozlemeyi qerara aliblar. Merkezi Bank hansi qerari verse, sahibkarlar da ona uygun addim atacaqlar, yeni valyuta qalxsa, qiymetler de bahalasacaq".

T.Hesretbeyli hemcinin bildirib ki, Ticaret Merkezinin rehberliyi sozugeden mesele ile bagli olaraq, icare haqlarinin artirilmayacagini bildirib.

Bildirek ki, Merkezi Bankin Idare heyetinin 21 fevral 2015-ci il tarixli qerari ile 21 fevral 2015-ci il tarixine 1 ABS dollarinin resmi mezennesi 1.05 AZN, 1 avronun mezennesi ise 1.1950 AZN seviyyesinde mueyyen edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/326041.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR