İstanbulda Xocalı soyqırımını anım yürüşü keçirilib - FOTO

İstanbulda Xocalı soyqırımını anım yürüşü keçirilib - FOTO
21:37 22 Fevral 2015
53 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 22 Fevral 2015 21:34 ]


İstanbul. Mayis Əlizadə-APA.  İstanbulda Xocalı soyqırımını anım yürüşü keçirilib.

 

APA-nın Türkiyə bürosunun xəbərinə görə, İstanbulda Xocalı soyqırımını lənətləyən yürüş və mitinq keçirilib. Turançı Hərəkat Platformasının koordinatorluğu ilə keçirilən yürüş yürüş iştirakçıları yol boyu “Qarabağ Türkündür, Türkün qalacaq!”, “Xocalıya ədalət, Qarabağa azadlıq” şüarları səsləndiriblər.

 

Kadıköy meydanında keçirilən mitinqdə çıxış edən Azərbaycan millət vəkili Sabir Rüstəmxanlı ermənilərin 300 ildən bəri türklərə qarşı həyata keçirdikləri soyqırımlardan danışıb.

 

Mitinqin sonunda Xocalı şəhidlərinin xatirəsi yad edilib.

 

Aksiya insidentsiz başa çatıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373684

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR