Azərbaycanda eşşəklər dondu (FOTO)

Azərbaycanda eşşəklər dondu (FOTO)
21:41 22 Fevral 2015
178 Ölkə
Ölkə mətbuatı
A- A+

Yağan güclü qar Lerik rayonunda həyatı iflic vəziyyətinə salıb.

Rayonun Çayrud kəndinin sakinləri ANS PRESS-ə etdiyi müraciətdə müvafiq qurumların hərəkətsizliyindən şikayət edilir.

Onların sözlərinə görə, kənddə qarın hündürlüyü 1,5 metrə çatır. Və kəndə 3 gündür elektrik enerjisi verilmir. Həmçinin Lerikin ən böyük kəndi ilə rayon mərkəzi arasında əlaqə itib, yol yoxdur.

Kənd sakinləri aramsız yağan güclü qarın törətdiyi fəsadların görüntülərini də bizə göndərib. Görüntüləri uzunqulaqların belə şaxtalı havada donduğu əks olunub.

Həmin görüntüləri sizə təqdim edirik:









Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=327581

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR