Hicri-qəməri və hicri-şəmsi təqvimlərin fərqi nədir?

Hicri-qəməri və hicri-şəmsi təqvimlərin fərqi nədir?
21:47 22 Fevral 2015
926 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az islam.az-a istinadən bildirir ki, hər iki təqvim Həzrət Mühəmməd Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrətindən (miladi 622-ci il) hesablanır. Fərq bundadır ki, hicri-qəməri təqvim Ayın Yerdən görünüşünə əsaslanır.

Bu təqvimdə aylar 29 və ya 30 gündən ibarət olur. İlin ümumi uzunluğu isə 354 və ya 355 günə bərabardir. Hicri-şəmsi təqvim isə Günəş təqvimidir, sadəcə başlanğıcı Peyğəmbərin hicrət günündən götürülür.

Miladi təqvimdə olduğu kimi, hicri-şəmsi təqvimdə də ay 30-31 gündən (fevralı çıxmaqla), il isə 364 və ya 365 gündən ibarətdir. Hicri-qəməri təqvim ərəb ölkələrində işlədilir, şəriət əməlləri də bu təqvimlə hesablanır. Hicri-şəmsi təqvim isə İranda istifadə edilir. Hicri-şəmsi ilin başlanğıcı Novruz bayramı günüdür.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/325669.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR