Apple Kubada da satılacaq

Apple Kubada da satılacaq
22:05 22 Fevral 2015
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Apple şirkəti Kubada məhsullarının satışına qoyulan məhdudiyyəti ləğv edib. Bu barədə şirkətin saytında deyilir.
 
Şirkət Kubanı Apple qurğularının satışının qadağan olunduğu ölkələr siyahısından çıxarıb. Hazırda bu siyahıda Şimali Koreya, Sudan və Suriya yer alıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, qlobal ticarət bölməsində Apple Kuba xalqına dəstək başlığı ilə son dəyişikliklərə aydınlıq gətirən material yerləşdirib. Buradan məlum olur ki, Kuba sakinləri Apple-ın bəzi məhsul və proqram təminatından istifadə edə biləcəklər.
 
Apple qurğularının Kubada satışı fevralın 13-də ABŞ tərəfindən Azadlıq adasının özəl sahibkarları üçün mal və xidmətlərin idxalına məhdudiyyətləri qismən aradan qaldırmaq barədə qərar qəbul etdikdən sonra mümkün olub.
 
ABŞ prezidenti Barak Obama 2014-cü ilin dekabrında Kuba ilə yaxınlaşmaqla bağlı siyasi kursu bəyan edib. Rəsmi Vaşinqton 1961-ci ildə Havana ilə pozulan diplomatik əlaqələri bərpa etməyə hazır olduğunu bildirərək Kubada səfirlik açmağı planlaşdırır.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/325673.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR