Manat bahalaşdı, dollar ucuzlaşdı

Manat bahalaşdı, dollar ucuzlaşdı
22:06 22 Fevral 2015
897 Digər
Ölkə mətbuatı
A- A+

Bir gün əvvəl bahalaşan dolların bu gün axşam saatlarında ucizlaşdığı bildirilir.

ANS PRESS-in məlumatına görə, sosial şəbəkələrdə dolların manata nisbətən məzənnəsinin 96 qəpiyə düşdüyü iddia olunur.

Hətta "20 yanvar" ərazisində fəaliyyət göstərən valyutadəyişmə məntəqələrində dolların 92 qəpiyə alındığı, 96 qəpiyə satıldığı deyilir.

Bu məlumatı dəqiqləşdirməyə çalışırıq.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə valyuta məzənnələrində dəyişikliklər edilib. 1 avronun rəsmi məzənnəsi 1.19 AZN, 1 ABŞ dollarının rəsmi məzənnəsi isə 1.05 AZN səviyyəsində müəyyən edilib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=327583

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR