Manat proqnozu düz çıxdı

Manat proqnozu düz çıxdı
22:12 22 Fevral 2015
Ölkə mətbuatı
A- A+

"The Guardian" manatın ucuzlaşacağını əvvəldən bilirmiş
Azərbaycan manatının dollara nisbətən kəskin ucuzlaşmasını Britaniya mətbuatı əvvəldən proqnoz edibmiş.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, "The Guardian" qəzeti MDB ölkələri ilə bağlı fevralın ortalarında hazırladığı yazıda milli valyutaların dollar və avroya nisbətən dəyər itirəcəyi bildirilib. Səbəb isə MDB ölkələrinin iqtisadiyyatının hazırda bohran yaşayan Rusiyadan asılılığı göstərilib. Yazıda deyilir ki, Azərbaycan iqtisadiyyatında Rusiyadan köçürülən pulların payı 2,5 faizdir. Ermənistanda bu rəqəm 21, Gürcüstanda isə 12 faiz göstərilib.

Azərbaycan iqtisadiyyatının neftdən asılı olduğunu bildirən ingilis qəzeti dünya bazarında hazırkı qiymətlər səviyyəsində manatın məzənnəsinin aşağı salınmasının zəruri olduğunu vurğulayıb: "Manatın məzənnəsini sabit saxlamaq üçün ehtiyyat dollarları xərcləmək düz deyil".

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov ilk dəfə manatın ucuzlaşacağı ilə bağlı Britaniya mətbuatına, konkret "Financial Times" qəzetinə açıqlama vermişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/326044.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR