600 at güclü Aston Martin - FOTO

600 at güclü Aston Martin - FOTO
22:22 22 Fevral 2015
158 Maraqlı
Ölkə mətbuatı
A- A+

Aston Martin premium brendi Vantage GT3 kupenin ən güclü və kompromissiz versiyasını rəsmi olaraq məxfilikdən çıxarıb. Bu gün bu avtomobil Aston Martin şirkəti model sırasında ən ekstremal modeldir. Onun ictimai debütü Cenevrə avtosalonunda nəzərdə tutulub.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, Aston Martin Vantage GT3 cəmi 100 nüsxə buraxılacaq. “Qaynar” modelin neçəyə satılacağı hələlik məlum deyil. Bazara ekstremal yeni avtomobil yazda çıxarılacaq.
 
Aston Martin Vantage GT3 kapotu altında optimallaşdırılmış 6,0 litrlik V12 güc aqreqatı yer alıb. Mühərrik 600 a.g. və 625 Nm fırlanma anı hasil edir.
 
Avtomobilin hər yerində (kapot, dam, qanadlar, aerodinamik asqı) karbon tətbiq edilib. Bununla yanaşı, adi şüşə əvəzinə polikarbonatdan istifadə edilib.
 
Aston Martin Vantage GT3 “qaynar” versiyası nizamlanan asqı, Brembo karbon-keramik əyləclər və Michelin Pilot Super Sport şinləri geyindirilmiş 19 düymlük maqni lehimli unikal disklər əldə edib.
 
Avtomobilin salonu karbon idman kürsüləri, yarış sükan çarxı və karbon tərtibat əldə edib.
 
Milli.Az

















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/325679.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR