Xocalı faciəsi Milan avtobuslarında - FOTO

Xocalı faciəsi Milan avtobuslarında - FOTO
22:27 22 Fevral 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

Milan şəhər nəqliyyatına məxsus 166 nəqliyyat vasitəsi xəttə (avtobus və tramvaylar) Xocalı faciəsi haqqında stikerlərlə çıxıblar. Milli.Az Trend-ə istinadən bununla bağlı görüntüləri təqdim edir.

Qeyd edək ki, fevralın 24-də İtaliyanın Milan şəhərinin ən böyük teatrlarından birində - "Teatro Filodramattici"-də Xocalı facisəni təkcə bir epizodla, amma dəhşəti tam əks etdirən "Xocalıda Qırmızı Mələk" tamaşası səhnələşdiriləcək. Tamaşanı tanınmış italyan aktyorlar hazırlayıb. Tamaşa italyan dilində olacaq.

Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə gerçəkləşəcək tamaşanın elanları bütün Milanda 2 həftədir yayılır.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/326045.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR