Bir ailənin 3 üzvü yanaraq can verdi (VİDEO)

Bir ailənin 3 üzvü yanaraq can verdi (VİDEO)
22:31 22 Fevral 2015
264 Ölkə
Ölkə mətbuatı
A- A+

Qarlı havada Binəqədi rayonunda yanğın baş verdi. Yaşayış evində baş verən yanğında həyatını itirənlər var.

ANS TV-nin məlumatına görə, paytaxtın Binəqədi rayonu ərazisində daha dəqiq Cəfər Xəndan küçəsində baş verən yanğın bir ailənin üç üzvünün ölümünə səbəb oldu. Yanğın səhərə yaxın saat 3-4 radələrində üç nömrəli Evtikmə kombinatının həyətində baş verib. Hansı ki, bu ünvanda Ağdam rayonundan olan məcburi köçkünlər məskunlaşıb.

Yanğın nəticəsində dünyasını dəyişən üç nəfər məcbüri köçkün ailələlərindən birinin üzvüdür. Elektrik naqilində baş verən qısa qapanma 37 yaşlı Şaiq Cəlilovun və onun iki azyaşlı oğulunun yanaraq külə dönməsinə səbəb olub.

Qonşu Siyavuş Hacıyevin sözlərinə görə, yanan ailəyə köməklik edə bilməyiblər: "Evin içində yandılar çıxara da bilmədik. Taxta evlərlərdi, od düşən kimi alovlandı".

Yanğın nəticəsində evin bütün yaşayış sahəsi yanaraq külə dönüb. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə
Xəbərçi Aytən Abdulova



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=327598

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR