Yanukoviçdən sərt ittihamlar (VİDEO)

Yanukoviçdən sərt ittihamlar (VİDEO)
23:01 22 Fevral 2015
145 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Ukraynada Maydan hadisələrinin ildönümü qeyd edilir. Maydan hadisələr ilə başlayan etirazlar dalğası nəticəsində müxalifət hakimiyyətə gəldi.

ANS TV-nin məlumatına görə, hazırda Rusiyada sığınacaq almış keçmiş prezident Viktor Yanukoviç Maydan hərəkatı ilə bağlı Rusiya dövlət telekanalına müsahibə verib. Yanukoviç deyib ki, Ukraynada etirazlar başladıqdan sonra onun missiyasının problemi qan tökülmədən, siyasi yolla həll etmək olub. Lakin o, qan tökmənin qarşısını ala bilməyib və buna görə də Ukraynanın hazırki hakimiyyətini günahlandırıb.

“Onların qorxduğu şey xalqın mənfi reaksiyası idi. Onlar seçilməməkdən qorxurdular, ona görə də müharibə başladı. Onların məqsədi etiraz edən insanları seçki prosesindən uzaqlaşdırmaq idi. Buna da nail ola bildilər. Ukraynanın şərqi səsvermədə iştirak etmədi. Əgər onlar seçki də iştirak edə bilsəydi, indiki hökumət azlıqda qalacaqdı” – deyə Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç bildirib.

Maydan inqidabının ildönümü Kiyev və digər şəhərlərdə minlərlə insan yürüşlərə qatılıb. Lakin bu aksiyalar insidentsiz ötüşməyib.

Xarkov şəhərində keçirilən yürüş zamanı törədilən partlayış nəticəsində üç nəfər həlak olub.

Mənbə
Xəbərçi Aytən Abdulova



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=327600

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR