Adriana Lima İstanbulda - fotolar

Adriana Lima İstanbulda -  fotolar
23:26 22 Fevral 2015
133 Şou
Ölkə mətbuatı
A- A+

Dünyaca məşhur model Adriana Lima bir kosmetik firmasının reklamında çəkilmək üçün İstanbula gəlib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, günəşli havaya aldanan modelin geyimi başına oyun açıb. Üşüməyə başlayan model çəkilişləri yarımçıq saxlayıb. Meydançaya gətirilən isidicilərin qarşısına keçən Lima bir az keçdikdən sonra çəkilişlərə davam edib.

Daha sonra media nümayəndələri ilə görüşən Adriana sualları cavablandırıb, Türkiyə ilə bağlı təəssüratlarını bölüşüb:

"Türkiyə mənim üçün özəl ölkələrdən biridir. İnsanları hər zaman mehriban və qonaqpərvərdilər. Özümü evimə geri qayıdan kimi hiss etdim. Reklamı sizin də bəyənəcəyinizi düşünürəm. Ümid edirəm gələn il yenidən bura gəlib, reklamda yer alaram".






Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=26923

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR