Azərbaycan Londonda beynəlxalq kitab sərgisində təmsil olunacaq

Azərbaycan Londonda beynəlxalq kitab sərgisində təmsil olunacaq
23:48 22 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 fevral, AzərTAc
Londonda keçiriləcək beynəlxalq kitab sərgisində Azərbaycan da təmsil olunacaq.
Mədəniyyət və Turizm Nazirliyindən AzərTAc-a bildirilib ki, apreldə keçiriləcək sərgidə Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, turizmi haqqında kitab və reklam çap məhsulları, “Hədəf” və “Qələm” nəşriyyatının məhsulları, həmçinin “Bakı-2015” Avropa Oyunları ilə bağlı broşür və bukletlər nümayiş etdiriləcək.
Kitab sərgisi nəşriyyat sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması, Azərbaycanın zəngin mədəniyyətinin və sürətli inkişafının, Qarabağ həqiqətlərinin, birinci Avropa Oyunlarının Bakıda keçirilməsinin və eyni zamanda IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təbliğ olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Sərgidə 100-ə yaxın ölkədən 400-dən çox nəşriyyatın iştirakı planlaşdırılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Londonda_beynelxalq_kitab_sergisinde_temsil_olunacaq-834090

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR