Azərbaycan silahları sərgidə (VİDEO)

Azərbaycan silahları sərgidə (VİDEO)
23:56 22 Fevral 2015
512 Ölkə
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi şəhərində fevralın 22-dən 26-dək davam edəcək “İDEX-2015” beynəlxalq müdafiə sərgisi işə başlayıb. Mərasimdə müdafiə naziri Zakir Həsənov, müdafiə sənayesi naziri Yavər Camalov, sərhəd qoşunları komandanı Elçin Quliyev və fövqəladə hallar naziri Kamaləddin Heydərov da iştirak ediblər. Ümumilikdə sərgiyə 55 ölkədən müdafiə sənayesi sahəsində ixtisaslaşmış şirkətlər qatılıblar.

ANS TV-nin məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi şəhərində keçirilən “İDEX-2015” beynəlxalq müdafiə sərgisində Azərbaycan öz məhsulları ilə gəlib. Və ilk dəfə olaraq bu sərgidə Azərbaycan istehsalı olan çapı 5, 56 mm olan avtomat silahı nümayiş olunur.

Dünya ölkələrinin öz müdafiə qüdrətini nümayiş etdirdiyi daha bir silah sərgisi 1993-cü ilədən başlayaraq iki ildə bir dəfə keçirilir. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi şəhərində keçirilən “İDEX-2015” beynəlxalq müdafiə sərgisində Azərbaycanı müdafiə sənayesi nazirinin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

"Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ölkə başçısının tapşırığı ilə 2008-ci ildən beynəlxalq silah sərgilərində iştirak edir. 2009-cu ildə Türkiyənin İstanbul şəhərində keçirilən silah sərgisində ənənəvi - 27 adda biz məhsul nümaiş etdirirdiksə, bu ilə Abu Dabidə keçirilən beynəlxalq müdafiə sərgisində artıq 172 adda məmulat nümaiş etdiririk. Eləcə də bu sərgidə bizim əsas məqsədimiz, Azərbaycanda istehsal olunan müdafiə təyinatlı məhsulları beynəlxalq bazara təqdim etməklə yanaşı inkişaf etmiş ölkələrin aparıcı şirkətləri ilə əlaqə yaratmaqdır” – deyə müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Fevralın 22-dən 26-dək davam edəcək “İDEX-2015” beynəlxalq müdafiə sərgisisində ölkəmizin müəssisələrində istehsal olunan atıcı silahlar, müxtəlif çaplı döyüş sursatları və başqa döyüş vasitələri nümaiş olunacaq.

Sərginin açılış mərasimində 55 ölkənin müdafiə sənayesi şirkətlərinin təmsilçiləri ilə yanaşı ayr-ayrı ölkələrin silahlı qüvvələrinin nümayəndələri də iştirak edirdilər.

Açılış mərasiminin sonunda Birləşmiş Ərəb Əmirliklərin ordusunun gücünün tam bir şəkildə mənzərəsini canlandıran döyüş səhnələri nümayiş olundu.

Yeni müdafiə təyinatlı məhsulların sırasında ilk dəfə sərgiyə çıxarılan Azərbaycan istehsalı olan çapı 5, 56 mm-lik olan avtomat silah böyük maraqla qarşılandı. 2011-ci ildə ilk dəfə bu sərgidə iştirak edən Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ikinci dəfədir ki, “İDEX” sərgisinə qatılır.

Mənbə
Xəbərçi Rahib Qəribov



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=327599

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR