Baş nazirin futbol klubundan tələbi

Baş nazirin futbol klubundan tələbi
00:11 23 Fevral 2015
176 İdman
Ölkə mətbuatı
A- A+

İtaliyanın baş naziri Matteo Renzi Hollandiyanın “Feyenoord” klubundan Romada yaşanan xoşagəlməz insidentlə bağlı üzrxahlıq tələb edir.

UEFA Avropa liqasının 1/16 final mərhələsi çərçivəsində “Roma”- “Feyenord” qarşılaşmasını izləmək üçün İtaliya paytaxtına gələn hollandiyalı azarkeşlərin şəhərin tarixi meydanlarından birini dağıtmasına baş nazirin reaksiyası sərt olub. O jurnalistlərə açıqlamasında vurğulayıb ki, bir qrup insanlar tərəfindən Romanın ən gözəl məkanlarından olan bir ərazinin dağıdılması qəbuledilməz və ağlasığmaz bir hərəkətdir: “Bu hadisəyə görə klub üzr istəməlidir”.

Qeyd edək ki, Romanın mərkəzi meydanlarından birində matçdan sonra yaşanan qarşıdurma ilə bağlı artıq 33 nəfər saxlanılıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=327604

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR