Evində narkotik saxlayan Ağcabədi sakini tutulub

01:27 23 Fevral 2015
84 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Fevral 2015 01:21 ]


Ağcabədi. Teymur Zahidoğlu - APA. Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları evində qanunsuz olaraq narkotik vasitə saxlayan rayon sakinini yaxalayıblar.

 

Ağcabədi RPŞ-nin müstəntiqi, polis baş leytenantı Rüfət Məmmədov APA-nın Qarabağ bürosuna bildirib ki, daxil olmuş əməliyyat məlumatına əsasən, rayonun Hindarx qəsəbə sakini Məmmədov Rüfət Məhərrəm oğlunun evinə baxış keçirilib.

 

Baxış zamanı onun evindən ümumi çəkisi 800 qram olan qurudulmuş marixuana aşkarlanıb.

 

R. Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373685

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR