28 Mall ticarət mərkəzində yanğın baş verib, xəsarət alan yoxdur (versiya 2) (FOTO)

28 Mall ticarət mərkəzində yanğın baş verib, xəsarət alan yoxdur (versiya 2)  (FOTO)
21:13 2 Yanvar 2015
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Başlıq dəyişilib, təfərrüatlar əlavə olunub (ilk xəbər 20:45-də yayılıb)

Azərbaycan, Bakı, 2 yanvar /Trend, müxbir Zülfiyyə Qurbanova/

Cümə günü 28 Mall ticarət mərkəzində yanğın baş verib.

Hadisə yerinə 5 yanğın maşını gəlib.

Trend müxbirinə ticarət mərkəzinin işçisinin verdiyi məlumata əsasən, yanğın binanın tavanında baş tutub, və hal-hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürməyə çalışırlar.

Hadisə yerində təcili tibbi yardım maşını var.

Yanğınsöndürənlərin verdiyi məlumata əsasən, yanğın 4-cü mərtəbədə yerləşən restoranların birində, tüstü bacasında baş verib.

Xəsarət alan yoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2349547.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR