Nəqliyyat müəssisələrində muzdlu işçilərin orta sayı 73 mini ötüb

02:13 23 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 fevral, AzərTAc 
Ötən ildə nəqliyyat müəssisələrində işləyən muzdlu işçilərin orta sayı 73,5 min təşkil edib, onlardan 71,6 faizi dövlət müəssisələrində, 28,4 faizi isə özəl bölmədə çalışıb.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirilib ki, işçilərin 50,9 faizi yerüstü və boru kəməri, 11,7 faizi su, 16,4 faizi hava nəqliyyatı, 21 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyib.
2013-cü illə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 0,5 faiz artaraq 538,8 manat olub. Bu göstərici hava nəqliyyatında 789,3 manat, dəniz nəqliyyatında 771,3 manat, metro nəqliyyatında 613,6 manat, avtomobil nəqliyyatında 503,7 manat, dəmir yolu nəqliyyatında isə 257,1 manat təşkil edib.
Əmək haqqı metro nəqliyyatında 6,6 faiz, dəniz nəqliyyatında 3,8 faiz, avtomobil nəqliyyatında isə 2,3 faiz artıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Neqliyyat_muessiselerinde_muzdlu_ischilerin_orta_sayi_73_mini_otub-834094

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR