Ağcabədidə suvarma sistemlərinin bərpası ilə bağlı yeni layihə reallaşdırılacaq

Ağcabədidə suvarma sistemlərinin bərpası ilə bağlı yeni layihə reallaşdırılacaq
03:28 23 Fevral 2015
407 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağcabədi, 23 fevral, Tahir Ağaməmmədov, AzərTAc 
Ağcabədi rayonunda əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Ağcabədi rayon Suvarma Sistemləri İdarəsindən AzərTAc-a bildiriblər ki, “Kənd təsərrüfatı ili”ndə əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə tədbirlər davam etdiriləcək. Belə ki, ölkə başçısının müvafiq Sərəncamına əsasən 2015-ci ildə rayon ərazisində daha 20 ədəd subartezian quyusu qazılacaq. Bundan başqa, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində Ağcabədi rayonunun 10 kəndində suvarma sisteminin bərpası ilə bağlı yeni layihənin icrasına başlanılacaq. Cari ildə Yuxarı Qarabağ kanalı üzərində yeni nasos stansiyalarının tikintisi də planlaşdırılıb.
Rayonun 65 min hektardan artıq əkin sahələri 2261 kilometr kanal, 2709 kilometr kollektor-drenaj şəbəkəsi, 62 ədəd nasos stansiyası, 863 ədəd subartezian quyusu vasitəsilə suvarma suyu ilə təmin edilir.
Əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 2014-cü ildə 738,1 kilometr kanal, 200,43 kilometr dren-kollektor lildən təmizlənib, 12 ədəd nasos əsaslı təmir edilib. Nəcəfqulubəyli kəndi ərazisində 26 kilometr, Mehrablı-Kəbirli-Aran istiqamətində 22 kilometr beton kanal çəkilib. Prezident İlham Əliyevin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 2014-cü il 29 yanvar tarixli Sərəncamına uyğun olaraq ötən il rayonun Hindarx, Yuxarı Qiyaməddinli, Mirzəhaqverdili, Hüsülü, Rəncbərlər, Sarıcalı, Kürdlər, Kəhrizli, Boyad, Şərəfxanlı, Xocavənd və Muğanlı kəndlərində ümumilikdə 13 yeni subartezian quyusu qazılıb.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agcabedide_suvarma_sistemlerinin_berpasi_ile_bagli_yeni_layihe_reallasdirilacaq-834095

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR