"Bizdən İŞİD-ə qatılanların sayı mindən çoxdur"

"Bizdən İŞİD-ə qatılanların sayı mindən çoxdur"
03:46 23 Fevral 2015
80 Dünya
Ölkə mətbuatı
A- A+

“Türkiyədən gedərək İŞİD terror qruplaşmasına qoşulanların sayı mindən çoxdur”. ANS PRESS-in məlumatına görə, bu sözləri Türkiyə baş nazirinin müavini Bülent Arınç deyib. Arınç, yetişməkdə olan gənc nəslin böyük təhlükə qarşısında olduğunu bildirib.

“Tərtəmiz gənclərimizin ürəklərinə girilərək, eqoları oxşanaraq beyinlərinə pis idealogiyalar doldurulur. Gənclərimizin əllərinə metal kürəcikli sapand verib, üzünü bağlayan, “molotof” atıb poilisi öldürən, xüsusilə DHKP-C kimi insan öldürməkdən zövq alan və İŞİD kimi vəhşi heyvanların da edə bilməyəcəyi cinayətləri rahatlıqla işləyən bir nəslə döndərirlər”.

Baş nazirin müavini bütün bunların səhv təhsilin nəticəsi olduğunu deyib.

“Bütün bu cinayətləri işləyənlər Rusiyadan, İngiltrədən, Amerikadan, Qərbi Avropadan gedirlər. Bu necə batil bir əqidədir? İnsanları sevməli olanlar, hər gün əllərində bıçaqlarla insan başı kəsirlər. bu, pis təıhsilin və səhv tərbiyənin nəticəsidir. Ona görə də gənclərimizi bu cür ziyanlı şeylərdən uzaq saxlamalıyıq. Fikirləşməyin ki, İŞİD-ə qoşulanlar sadcə xarici ölkələrdən gəlirlər. çox yaxınımızdan, Yalovadan, başqa bir yerdən minə yaxın insan aldadılaraq aparılır, biz ancaq öldükdən sonra xəbər tuturuq”.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=327612

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR