Mercedes 147 min avtomobilini geri çağırır

Mercedes 147 min avtomobilini geri çağırır
04:08 23 Fevral 2015
110 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 23 fevral, AzərTAc
Mercedes-Benz şirkəti 147 min avtomobilini geri çağırır.
AzərTAc xəbər verir ki, buna səbəb 2013-2015-ci illərdə buraxılmış sedan və universal modellərinin mühərriklərində alışma riskinin olmasıdır. Bu barədə Reuters agentliyi ABŞ-ın Yollarda Təhlükəsizlik Milli İdarəsinin hesabatına istinadla məlumat yayıb.
Hesabatda bildirilir ki, bu avtomobillərin mühərrik hissəsində olan rezin bərkidicilər yanacağı alışdırma sisteminə düşə bilər ki, bu da yanğına səbəb olar. Geri çağırılan avtomobillər arasında CLS və E sinfindən olan modellər də var. Aksiya ABŞ-da istifadədə olan avtomobillərə aiddir. Ötən həftə şirkət analoji addımı Avropa və Çin üzrə atmışdı.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mercedes_147_min_avtomobilini_geri_chagirir-834097

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR