Kosmetika firmalarından birinin reklam çəkilişi üçün Türkiyənin İstanbul şəhərində olan məşhur model Adriana Lima Taksimdə aksiyaçıların arasında qalıb.
ANS PRESS-in məlumatına görə, reklam çəkiliş heyəti Taksimin simvolu olan qədim tramvayda olarkən Əzilənlərin Sosialist Partiyası (ESP) həmin yerdə aksiya keçirirmiş.
Heyətin olduğu tramvay isə aksiyaçıların arasından çətinliklə keçib.
Lima tramvayın pəncərəsindən baş verənlərə tamaşa edərkən modelin mühafizəçiləri şəkil çəkmək istəyən jurnalistlərə mane olmaq üçün əllərindən gələni ediblər.
Mənbə
ANS PRESS