Avropa Azərbaycan qazına göz dikib

Avropa Azərbaycan qazına göz dikib
05:46 23 Fevral 2015
70 Digər
Ölkə mətbuatı
A- A+

Bu il Avropa Komissiyası Azərbaycan və Türkmənistandan qaz nəqli barədə danışıqlara başlamaq niyyətindədir.

ANS PRESS-in məlumatına görə, bu barədə “Der Spiegel” qəzeti yazır.

Qəzet iddia edir ki, bu tədbirlər Avropanın rus qazından asıllığına son qoymasına yönəlib.

Avropa Birliyi təbii qazın istehsalı və tranziti ilə məşğul olan ölkələrlə strateji enerji tərəfdaşlığını möhkəmləndirmək üçün bütün xarici siyasi vasitələrdən istifadə edəcək. “Der Spiegel” bunların Türkiyə, Azərbaycan, Türkmənistan, bir sıra Yaxın Şərq və Afrika ölkələri olduğunu bildirir. Bundan əlavə Norveç, ABŞ və Kanada ilə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.

Nəşr yazır ki, bu il Avropa Birliyi Azərbaycan və Türkmənistanla “qarşılıqlı anlaşma barədə” memorandum imzalamaq fikrindədir. Memorandum Avropaya qaz nəqlinin stabilliyinə yönəlmiş tətbirlər planının müəyyən hissəsinə daxildir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=327618

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR