Bakıda qaranlıq yol can aldı

Bakıda qaranlıq yol can aldı
06:11 23 Fevral 2015
120 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı - Şamaxı magistralında piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Mağıstralın 16-cı kilometrliyində qeydə alınan hadisə zamanı yolu keçmək istəyən 40-45 yaşlarında bir kişi Ağakərim Ağamalıyevin idarə etdiyi “Ford” maraklı avtomobilin zərbəsi ilə üzləşib. Nəticədə şəxsiyyəti naməlum piyada hadisə yerindəcə keçinib.

Əraziyə gələn rayon polis idarsinin, eləcə də BDYPİ-nin əməkdaşları sürücünü saxlayaraq izahatının alınması üçün polis orqanına aparıblar.

Ətrafda yaşayan sakinlərin sözlərinə görə, yolda işıqlandırma sistemi olmadığından bu cur hadisələr tez-tez baş verir.

Faktla bağlı BDYPİ-nin istintaq şöbəsində araşdırmalar aparılır.

Dünyasını dəyişən piyadanın şəxsiyyətini müəyyən etmək istiqamətində də tədbirlər həyata keçirilir

Mənbə
ANS PRESS Ruslan Eldaroğlu



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=327622

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR