Gəncə elektrik şəbəkəsi üzrə istismar səviyyəsi daha da yaxşılaşdırılır

06:13 23 Fevral 2015
155 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 fevral, AzərTAc
“Gəncə” Regional Elektrik Şəbəkəsi Müəssisəsinin xidməti ərazisində istismar səviyyəsinin daha da yaxşılaşdırılması, dayanıqlığın artırılması istiqamətində görülən işlər davam etdirilir. Aparılan tədbirlər, əsasən, yarımstansiya və elektrik verilişi xətlərini əhatə edir.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, müvafiq Dövlət proqramının icrası istiqamətində ötən il müəssisədə bir sıra işlər həyata keçirilib və 110 kilovoltluq (kV) yüksək gərginlikli yarımstansiyada eleqaz tipli açarlar, cərəyan transformatoru quraşdırılıb. Bundan əlavə, güc transformatoru dəyişdirilib, hava xəttləri yeraltı kabellə əvəz olunub və s. işlər yerinə yetirilib. Gəncə şəhərində paylayıcı şəbəkəni SİP və koaksial kabellə tam təmin etmək üçün 20,3 kilometr kabel xətti çəkilib. 2014-cü ildə abonentlərə 1700-ə yaxın birfazalı, 190-dək üçfazalı yeni sayğac quraşdırılıb. Şəhərin müxtəlif yarımstansiyalarından çıxan hava xətlərində yenidənqurma və təmir işləri görülüb, açıq naqillər kabel xətləri ilə əvəz edilib. Bu isə küçələrin daha da müasirləşməsinə və xətlərin dayanıqlılığının artmasına səbəb olub.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gence_elektrik_sebekesi_uzre_istismar_seviyyesi_daha_da_yaxsilasdirilir-834099

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR