İŞİD silahlıları Mosulda mərkəzi kitabxananı partladıblar

İŞİD silahlıları Mosulda mərkəzi kitabxananı partladıblar
07:23 23 Fevral 2015
53 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 23 fevral, AzərTAc
İŞİD silahlıları İraqın Mosul şəhərində mərkəzi kitabxananı partladıblar.
AzərTAc xəbər verir ki, bu barədə TASS agentliyi “Elaf” internet portalına istinadla məlumat yayıb.
Kitabxananın direktoru Qanem Taan bildirib ki, partlayış bütün binanı əhatə edən güclü yanğına səbəb olub. Ölkədə ən qədim kitabxanalardan biri hesab edilən bu kitabxananın həyətində terrorçular kitablar və əlyazmalardan ibarət tonqal qalayıblar. Ümumilikdə 10 min kitab məhv edilib. Bunların arasında fəlsəfə, tarix, mədəniyyət haqqında kitablar, yüzlərlə qədim əlyazmalar olub.
İŞİD silahlıları ələ keçirdikləri yaşayış məntəqələrində məqsədyönlü şəkildə kitabxanaları məhv edir. Son həftələrdə terrorçular 100 mindən artıq kitab yandırıblar.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ISID_silahlilari_Mosulda_merkezi_kitabxanani_partladiblar-834102

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR