Məşhur müğənnidən Özgecanın ailəsinə jest (FOTO)

Məşhur müğənnidən Özgecanın ailəsinə jest (FOTO)
07:46 23 Fevral 2015
130 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyənin tanınmış müğənnisi, son vaxtlar adı qalmaqallarla hallanan Gülben Ergen Çelik, kişi zorakılığının qurbanı olmuş tələbə Özgecan Aslanın adını özünə məxsus şəkildə əbədiləşdirəcək. Müğənni hadisənin baş verdiyi Mersin şəhərində Özgecan Aslanın adını daşıyacaq uşaq bağçası açacaq.

ANS PRESS-in məlumata görə, Ergen Çelik bu barədə instaqram səhifəsində açıqlama paylaşıb:

“26-cı Uşaq bağçamız “@cocuklargulsundiye” “#ÖzgecanAslanAnaokulu” üçün qollarımızı çirmələdik. Anası, hörmətli Songül xanımla görüşdüm. Göz yaşı qurumayan, ürəyi yanan ana, “Tarsusda yox, Mersində açın” – dedi...”.

Qeyd edək ki, Gülben Ergen “Uşaqlar gülsün deyə” dərnəyi ilə birlikdə Türkiyənin 25 şəhərində 25 uşaq bağçası açıb.


Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=327627

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR