Bakı, 23 fevral, AzərTAc
Bakıda avtobusla minik avtomobili toqquşub.
AzərTAc xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, Bakı şəhəri Suraxanı rayonu ərazisində “Daewoo” markalı sərnişin avtobusu ilə “Vaz” markalı minik avtomobili toqquşub. Avtomobilin deformasiyaya uğraması nəticəsində sürücü və sərnişin sıxılmış vəziyyətdə qalıblar. Zərərçəkənlər xilasedicilər tərəfindən avtomobildən çıxarılıblar.