Britaniyanın foto agentliyi Xocalı soyqırımı ilə bağlı keçirilən aksiyanı işıqlandırıb

Britaniyanın foto agentliyi Xocalı soyqırımı ilə bağlı keçirilən aksiyanı işıqlandırıb
08:58 23 Fevral 2015
56 Ölkə
Ölkə mətbuatı
A- A+


London, 23 fevral, AzərTAc
Böyük Britaniyada fəaliyyət göstərən “Getty images” foto agentliyi Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Vyanada keçirilən aksiyanı işıqlandırıb.
Agentliyin saytında Vyanada əllərində Xocalı soyqırımı və ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi barədə gerçəklikləri əks etdirən plakatları tutan Azərbaycan icmasının üzvlərinin fotosu yerləşdirilib. Qeyd edilib ki, Xocalı faciəsi nəticəsində yüzlərlə azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilib.
Foto Türkiyənin “Anadolu” agentliyinə istinadla yayımlanıb.
Orxan İsmayılov
AzərTAc-ın xüsusi müxbiri
London

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Britaniyanin_foto_agentliyi_Xocali_soyqirimi_ile_bagli_kechirilen_aksiyani_isiqlandirib-834104

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR