Bakıda avtobus qəzası: yaralılar var

Bakıda avtobus qəzası: yaralılar var
09:05 23 Fevral 2015
84 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda sərnişin avtobusu ilə minik maşını toqquşub.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonu ərazisində “Daewoo” markalı sərnişin avtobusu ilə “VAZ” markalı minik avtomobili toqquşub.

Nəticədə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü və sərnişin xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq xilas edilib. Əməliyyat saat 06:13-də başa çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/326054.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR