Bakıda sulu qar vədləri "suya saldı" - FOTO

Bakıda sulu qar vədləri "suya saldı" - FOTO
09:12 23 Fevral 2015
78 Sosial
Ölkə mətbuatı
A- A+

Nərimanov rayonu Bakının sənaye məkanlarından biri sayılır. Şəhər metropoliteninin "Nəriman Nərimanov" stansiyasının ətrafı memarlıq üslubu sürətlə dəyişən, ultramüasir ticarət mərkəzləri, ofislər və yaşayış binalarının inşa olunduğu yerdir.

Milli.Az bildirir ki, Nərimanov Rayon İcra Hakimiyyəti bu ilin əvvəllərində abadlıq işlərinin daha da sürətlənəcəyini, təmir və rekonstruksiya prosesinin intensivləşəcəyini vəd etmişdi.
 
Fəqət dünən yağan sulu qar "Nərimanov" metrosunun ətrafında sanki bataqlıq yaratmışdı. Rayon sakinləri topuğadək suya bataraq yeriyir və metro stansiyasının girişlərindən birinin ətrafındakı "göl"ün kənarından keçməyə çalışırdılar.
 
Bu sulu qarı təmizləmək, Nərimanov rayon sakinlərinə "adrenalinli macəra" yaşatmamaq mümkün deyildimi?!
 
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin
 










Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/326051.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR