Korrupsiyaya qarşı müharibə başlayır (VİDEO)

Korrupsiyaya qarşı müharibə başlayır (VİDEO)
09:16 23 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Hollivud və Cənubi Koreya korrupsiyaya qarşı mübarizə mövzulu film ekranlaşdırıb.

ANS PRESS-in məlumatına görə, “Sonuncu cəngavərlər” filmindəki hadisələr orta əsrlərdə baş versə də, günümüzdə də aktual olan problemləri əks etdirir.

Kinonun süjetində monarx ilə onun sadiq və cəsur cəngavəri Rayden rüşvət və mütləq hakimiyyətə qarşı çıxır. Bu zaman onlar elə bil qalmaqalın içinə düşürlər ki, öz şərəfləri və həyatları təhlükə altında olur.

Rejissor Kazuaki Kiriyanın döyüş və macəra janrında ekranlaşdırdığı əsərinin dünya premyerası 3 apreldə olacaq.

Filmdə Klayv Ouen, Morqan Frimanla yanaşı An Son Qi, Pak Si En, Aksel Xenni, Daniel Adeqboyeqa, Şore Aqdaşlu və başqa aktyorlar yer alıb.


Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=35&nid=327640

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR