“Oskar” təqdimatı: ilin yaxşı filmi “Berdman” seçildi

09:18 23 Fevral 2015
84 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 23 fevral, AzərTAc
Los-Ancelesdə Amerika Kino Akademiyasının nüfuzlu “Oskar” kino mükafatının 87-ci təqdimetmə mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, mərasimdə 20-dən artıq nominasiyada “Oskar” mükafatı verilib.
“Qrand Budapeşt oteli” filmi “Ən yaxşı geyim rəssamı”, “Qrim və saç düzümü”, “Ən yaxşı quruluşçu rejissor” və “Ən yaxşı film musiqisi” nominasiyalarında 4 “Oskar”a layiq görülüb.
Ən yaxşı ikinci rol nominasiyasında mükafat “Mübtəlalıq” filmində yaratdığı obraza görə Cey Simmonsa və “Yeniyetməlik” filmində ifaya görə aktrisa Patrik Arketə təqdim olunub. Pavel Pavlikovskinin “İda” filmi isə “Ən yaxşı xarici film” nominasiyasında “Oskar” alıb. Münsiflərin seçiminə əsasən “Telefon zəngi” ən yaxşı qısametrajlı film hesab olunub. Ən yaxşı animasiya filmi isə “Qəhrəmanlar şəhəri” seçilib. Ən yaxşı sənədli filmə görə Oskar “Vətəndaş dörd” filminə verilib. “Selma” filmi ən yaxşı mahnı nominasiyasında yüksək mükafata layiq görülüb. “Ən yaxşı ssenari”yə görə “Oskar” “Berdman” filminə təqdim olunub. “Nadanlığın gözlənilməz üstünlüyü” filminə görə Alehandro İnyaritu ən yaxşı rejissor seçilib. İlin ən yaxşı aktyoru Eddi Redmayn, ən yaxşı aktrisası isə Culiana Mur olub.
Sonda aktyor Şon Pen ilin ən yaxşı filminin adını çəkib. Bu, “Berdman” filmidir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oskar_teqdimati_ilin_yaxsi_filmi_Berdman_sechildi-834106

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR